1 fevral 2026. Bazar günü

Klopp kimi olsaydım, qovulardım - Mourinyo


Klopp kimi olsaydım, qovulardım - Mourinyo

"Tottenhem”in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 13-cü turunda “Liverpul”a uduzduqları oyun (1:2) haqda danışıb.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis matçdan sonra rəqibin çalışdırıcısı Yurgen Kloppla söhbət etdiyini və ona məğlub olmağa layiq olmadıqlarını dediyini söyləyib:

“Oyundan sonra Kloppla danışdım. Ona ən yaxşı komandanın uduzduğunu dedim. Klopp mənimlə razlaşmadı. Lakin bu, onun fikridir. Meydandan kənarda Klopp kimi davransaydım, qovulardım. Film çəkirik? Səbəbini təbii ki, bilirik. Mən fərqliyəm.

Oyunda qalib gəlməyə çox yaxın idik. Şansımız var idi, amma məğlub oludq. Matç bizim nəzarətimiz altında idi. Heç-heçə belə bizim üçün pis nəticə olardı. Məğlubiyyətin necə hiss yaşatdığını təxmin edə bilirsiniz?".

Qeyd edək ki, “Tottenhem” sözügedən oyunda uduzmaqla turnir cədvəlindəki liderliyi əldən verib.







İngiltərə P.L.

“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə
“Arsenal”dan darmadağın
  • İngiltərə P.L.
  • 23:03 31.01.2026
“Arsenal”dan darmadağın