24 noyabr 2024. Bazar günü

Beyl zədələndi


Beyl zədələndi

"Tottenhem”in futbolçusu Qaret Beyl zədələnib.

Corner.az Goal-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi İngiltərə Kubokunun 1/4 finalında “Stok Siti” ilə matçda (3:1) xəsarət alıb. Uelsli futbolçu görüşün ikinci hissəsi başlamazdan əvvəl əvəzlənib.

Baş məşqçi Joze Mourinyo qarşılaşmadan sonra bu barədə danışıb:

“Əvəzlənməsi Beylin öz qərarı idi. Nəyinsə səhv getdiyini hiss edirdi. Fasilə vaxtı paltardəyişmə otağına daxil olanda dərhal bu barədə mənə dedi. Problemin nə qədər ciddi olduğunu bilmirəm. Müayinənin nəticələrini gözləmək lazımdır”.

Qeyd edək ki, “Tottenhem” Beyli bu yay “Real”dan icarəyə götürüb.







İngiltərə P.L.

Arteta Tomiyasunun vəziyyətindən danışıb
  • İngiltərə P.L.
  • 21:33 22.11.2024
Arteta Tomiyasunun vəziyyətindən danışıb