- İngiltərə P.L.
- 23:26 23.11.2024
“Liverpool"un baş məşqçisi Yurgen Klopp 2020-ci il haqqında təəsüratlarını bölüşüb.
Corner.az xəbər verir ki, 53 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandası Premyer Liqanın qalibi oluğu üçün bu ili xüsusi hesab etdiyini deyib:
“2020-ci ili yüz il xüsusi bir il kimi xatırlayacağam. İnsanlar vaxtaşırı mənə "Tanrım, 2020-ci ildə çempion oldunuz və heç kim bunu qeyd edə bilmədi" deyirlər. Ancaq mən bunu başqa cür görürəm. Təsəvvür edin ki, bu il adi olsaydı, çempion olmazdıq. O zaman həqiqətən faydasız olardı. Bütün dünya üçün çox çətin bir ildə azarkeşlərimiz, bizim, ailələrimiz və dostlarımız üçün vacib anlar yaratdıq. Buna görə də 2020-ci il xüsusi bir il idi. Heç vaxt unutmayacağım məqamlar var".
Xatırladaq ki, 2019/20 mövsümündə “Liverpul» son 30 ildə ilk dəfə İngiltərə çempionu oldu.