6 may 2026. Çərşənbə

Tottenhem'də ciddi itki


Tottenhem'də ciddi itki

"Tottenhem"in zədəli futbolçusu Qaret Beylin durumu ciddidir.

Corner.az xəbər verir ki, komandanın baş məşqçisi Joze Mourinyo "Sky Sports"a açıqlamasında 31 yaşlı hücumçunun bir neçə həftə meydana çıxa bilməyəcəyini deyib. O, ayaq əzələsindən zədə alan Beylin ağrıları olduğunu bildirib.

Qeyd edək ki, icarə əsasında "Tottenhem"də çıxış edən uelsli futbolçu İngiltərə kubokunun 1/4 finalında “Stok Siti” ilə matçda (3:1) xəsarət alıb.







İngiltərə P.L.