22 mart 2026. Bazar günü

Arsenal və Mançester Yunayted'dən qələbə


Arsenal və Mançester Yunayted'dən qələbə
İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.
 
“Bernli” evdə “Şeffild Yunayted”ə, “Arsenal” isə səfərdə “Brayton”a minimal hesabla qalib gəlib. “Lids” “Vest Bromviç”lə səfər oyununda 5 cavabsız qolla qələbə qazanıb. “Sauthempton” – “Vest Hem” görüşündə qapılara qol vurulmayıb. 
 
“Mançester Yunayted” də öz meydanında “Vulverhempton”la qarşılaşıb və son dəqiqə qolu ilə 3 xal qazanıb.
 
İngiltərə Premyer Liqası
16-cı tur
28 dekabr
 
Kristal Pelas – Lester 1:1
Qol: Zaha, 58 – Barnes, 83.
 
Çelsi – Aston Villa 1:1
Qol: Jiru, 34 – El-Qazi, 50.
 
Everton – Mançester Siti matçı təxirə salınıb
 
29 dekabr
 
Sauthempton – Vest Hem 0:0
 
Vest Bromviç – Lids 0:5
Qol: Soyers, 9-öz qapısına. Alioski, 31. Harrison, 36. Rodriqo, 40. Rafinya, 72.
 
Brayton – Arsenal 0:1
Qol: Lakazette, 66.
 
Bernli – Şeffild Yunayted 1:0
Qol: B.Mi, 32.
 
Mançester Yunayted – Vulverhempton 1:0
Qol: Reşford, 90+3.
 






İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"