24 oktyabr 2024. Cümə axşamı

3 oyun qələbə qazanmaq asan deyil - Arteta


3 oyun qələbə qazanmaq asan deyil - Arteta

"İnamlı qələbə qazandıq. Milad bayramı ərəfəsində ardıcıl 3 oyunda qalib gəlmək asan deyil. Hava şəraitinin normal olduğu vaxtlarda əla oyun nümayiş etdiririk".

Corner.az xəbər verir ki, bu sözləri “Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 17-ci turunda ötən gecə “Vest Bromviç”lə oyundan sonra mətbuat konfransında deyib.

Səfərdə 4:0 hesabı ilə qalib gəldikləri matçı şərh edən ispaniyalı mütəxəssis nəticə ilə yanaşı, komandasının oyununun da onu qane etdiyini bildirib: “Kiran Tirninin vurduğu qol heyrətamiz idi. Digər qollar da kombinasiya ilə əla alındı. Ardıcıl iki oyunda qol buraxmadan qalib gəlmək “Arsenal”ın gələcək qələbələrinə zəmin yaradır.

İndi rəqiblər üçün daha təhlükəli görünürük, daha yaradıcı futbol oynayırıq.

Hədəfimizə doğru getdiyimizə görə çox xoşbəxtəm. Artıq turnir cədvəlində vəziyyət tamamilə fərqli görünür, komandada atmosfer daha yaxşıdır. Qələbələr futbolçularımızda özünəinam yaradır. Bunu komandanın oyun tərzində də görmək olar”.

Qeyd edək ki, mövsümə uğursuz start verən “Arsenal” Premyer Liqanın son üç oyununda qalib gəlib. (qol)







İngiltərə P.L.

Premyer Liqa klubunda yeni müqavilə
  • İngiltərə P.L.
  • 21:29 22.10.2024
Premyer Liqa klubunda yeni müqavilə
 "Brentford"u London nəhənginə dəyişir
  • İngiltərə P.L.
  • 16:10 22.10.2024
 "Brentford"u London nəhənginə dəyişir
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
  • İngiltərə P.L.
  • 14:46 22.10.2024
Uolkott "Çelsi"nin çıxışını tənqid edib