23 iyun 2026. Çərşənbə axşamı

Mançester Siti Liverpul'un rekordunu təkrarladı


Mançester Siti Liverpul'un rekordunu təkrarladı
'Mançester Siti” ötən gecə İngiltərə Liqa Kubokunun yarımfinalında “Mançester Yunayted”ə qalib gələrək turnirin finalına vəsiqə qazanıb.
 
Corner.az xəbər verir ki, “şəhərlilər” bununla da ardıcıl 4-cü dəfə finalda oynamaq şansı qazanıblar.
 
“Mançester Siti” bu uğuru sayəsində daha öncə “Liverpul”un rekordunu təkrarlamağa nail olub. Belə ki, “qırmızılar” da 1981-1984-cü illər aralığında Liqa Kubokunun finalında oynayıb. Turnirin ən çox – 8 dəfə qalibi olmuş “Liverpul” həmin final oyunlarının hamısından qalib ayrılıb. “Mançester Siti” də son üç mövsümdə bu turnirin qalibi olub. “Şəhərlilər”in də ardıcıl dördüncü dəfə qalib olub-olmayacağını isə zaman göstərəcək.
 
Qeyd edək ki, "Mançester Siti" aprelin 25-də həlledici matçda "Tottenhem"lə üz-üzə gələcək.






İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər