8 may 2026. Cümə

Mançester Siti De Bruyneni itirdi


Mançester Siti De Bruyneni itirdi

"Mançester Siti"nin futbolçusu Kevin De Bruynenin durumuna aydınlıq gəlib.

Corner.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqada "Aston Villa" ilə matçda zədələnən 29 yaşlı yarımmüdafiəçi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Belçikalı futbolçunun bud əzələsində problem aşkarlanıb.

Qeyd edək ki, Kevin De Bruyne cari mövsüm 23 oyun keçirib, 3 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.