27 avqust 2026. Cümə axşamı

Tottenhem Keyni itirdi


Tottenhem Keyni itirdi

“Tottenhem” ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, London klubunun hücumçusu Harri Keyn zədələnib. İngiltəri futbolçu Premyer Liqanın 20-ci turunda "Liverpul"a uduzduqları görüşdə (1:3) sıradan çıxıb.

Oyunun birinci hissəsində zədələnən 27 yaşlı futbolçu fasilədən sonra əvəzlənib. Komandanın baş məşqçisi Joze Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında Keynin hər iki topuğundan zədə aldığını və onun bir neçə həftə meydana çıxa bilməyəcəyini deyib.

Qeyd edək ki, “Tottenhem” hazırda 33 xalla Premyer Liqada 6-cı pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın