- İngiltərə P.L.
- 20:57 24.11.2024
"Çelsi"nin futbolçusu Ris Ceyms xoşagəlməz hadisə ilə üzləşib.
Corner.az xəbər verir ki, 21 yaşlı sağ cinah müdafiəçisi "İnstaqram"da irqçiliyə məruz qalıb.
Sosial şəbəkə istifadəçilərindən biri ingiltərəli oyunçunu meymunla müqayisə edib. O, həmçinin futbolçunun ünvanına təhqiramiz ifadələr işlədib.
Müdafiəçi həmin yazışmaları instaqram hesabından paylaşaraq altında bu sözləri qeyd edib: "Nələrisə dəyişmək lazımdır".
Ceymsin müdafiəsinə qalxan "Çelsi" hər cür irqçiliyi, ayrı-seçkiliyi qınayan açıqlama yayıb. London klubu həmçinin müvafiq qurumları məsələni araşdırmağa dəvət edib.