5 may 2026. Çərşənbə axşamı

Mançester Siti'dən qələbə, Arsenal Mançester Yunayted'lə heç-heçə etdi


Mançester Siti'dən qələbə, Arsenal Mançester Yunayted'lə heç-heçə etdi
İngiltərə Premyer Liqasında 21-ci turun oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçirilib.
 
Turun açılış matçında “Everton” öz meydanında “Nyukasl”ı qəbul edib. Qonaqlar bu görüşdə inamlı qələbə qazanıb.
 
Lider “Mançester Siti” bu tur çərçivəsində autsayder “Şeffild Yunayted”i sınağa çəkib və minimal hesabla qalib gəlib.
 
Turun mərkəzi görüşü Londonda baş tutub. Turnir cədvəlinin ikincisi “Mançester Yunayted” səfərdə “Arsenal”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.
 
İngiltərə Premyer Liqası
21-ci tur
30 yanvar
 
Everton – Nyukasl 0:2
Qol: Uilson, 73; 90+3.
 
Mançester Siti – Şeffild Yunayted 1:0
Qol: Q.Jezus, 9.
 
Kristal Pelas – Vulverhempton 1:0
Qol: Eze, 60.
 
Vest Bromviç – Fulhem 2:2
Qol: Bartli, 47. M.Pereyra, 66 – Rid, 10. Kavalyero, 77.
 
Arsenal – Mançester Yunayted 0:0
 
Sauthempton – Aston Villa 0:1
Qol: Barkli, 41.






İngiltərə P.L.

“Tottenhem”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:59 03.05.2026
“Tottenhem”dən çətin qələbə