7 may 2026. Cümə axşamı

Çelsi və Liverpuldan qələbə, Tottenhem uduzdu


Çelsi və Liverpuldan qələbə, Tottenhem uduzdu
İngiltərə Premyer Liqasında 21-ci turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, sonuncu oyun günündə dörd görüş keçirilib.
 
“Liverpul” səfərdə “Vest Hem”lə qarşılaşıb və inamlı qələbə qazanıb.
 
Tomas Tuxelin komandası“Çelsi” bu dəfə pz meydanında “Bernli”ni qəbul edib və qalib gəlməyi bacarıb.
 
Joze Mourinyonun “Tottenhem”i isə“Brayton”la qarşılaşıb. London klubu səfərdən xalsız qayıdıb. “Lester Siti” də “Lids”lə oyundan məğlub olub.
 
İngiltərə Premyer Liqası
21-ci tur
30 yanvar
 
Everton – Nyukasl 0:2
Qol: Uilson, 73; 90+3.
 
Mançester Siti – Şeffild Yunayted 1:0
Qol: Q.Jezus, 9.
 
Kristal Pelas – Vulverhempton 1:0
Qol: Eze, 60.
 
Vest Bromviç – Fulhem 2:2
Qol: Bartli, 47. M.Pereyra, 66 – Rid, 10. Kavalyero, 77.
 
Arsenal – Mançester Yunayted 0:0
 
Sauthempton – Aston Villa 0:1
Qol: Barkli, 41.
 
31 yanvar
 
Çelsi – Bernli 2:0
Qol: Aspilikueta, 40. Alonso, 84.
 
Lester – Lids 1:3
Qol: Barnes, 13 – Dallas, 15. Bamford, 70. Harrison, 84.
 
Vest Hem – Liverpul 1:3
Qol: Douson, 87 – Slaah, 57; 68. Veynaldum, 84.
 
Brayton – Tottenhem 1:0
Qol: Trossard, 17.






İngiltərə P.L.