8 noyabr 2026. Bazar günü

Arsenal uduzdu, Mançester Yunayted'dən darmadağın


Arsenal uduzdu, Mançester Yunayted'dən darmadağın
İngiltərə Premyer Liqasında 22-ci turun oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
Turnir cədvəlinin sonuncusu “Şeffild Yunayted” öz meydanında digər autsayder “Vest Bromviç”i qəbul edib və çətin qələbə qazanıb. “Arsenal” səfərdə “Vulverhempton”un qonağı olub. London klubu bu görüşdə məğlubiyyətlə üzləşib. “Nyukasl” da “Kristal Pelas”la ev oyunundan məğlub ayrılıb.
 
Ardıcıl iki oyundur ki, xal itirən “Mançester Yunayted” bu dəfə öz meydanında “Sauthempton”u sınağa çəkib. “Qırmızı şeytanlar” rəqibini 9 cavabsız qolla darmadağın edib.
 
İngiltərə Premyer Liqası
22-ci tur
2 fevral
 
Şeffild Yunayted – Vest Bromviç 2:1
Qol: Boqle, 56. Şarp, 73 – Filips, 41.
 
Vulverhempton – Arsenal 2:1
Qol: Neves, 45+5-pen. Moutinyo, 49 – Pepe, 32.
 
Mançester Yunayted – Sauthempton 9:0
Qol: Bissaka, 18. Reşford, 25. Bednarek, 34-öz qapısına. Kavani, 39. Marsyal, 69; 90. Maktominay, 71. B.Fernandes, 83-pen. D.Ceyms, 90+4.
 
Nyukasl – Kristal Pelas 1:2
Qol: Şelvi, 2 – Ridevald, 21. Keyhill, 25.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”