22 mart 2026. Bazar günü

Qvardiola Liverpul'la oyundan danışdı


Qvardiola Liverpul'la oyundan danışdı
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 23-cü turunda “Liverpul”la keçiriləcək oyun haqda fikirlərini bildirib.

Corner.az xəbər verir ki, ispaniyalı mütəxəssis “goal.com”a açıqlamasında rəqibdən çəkinmədiklərini bildirib:

“Bu oyundan qorxmuram. Əminəm ki, onlar da narahat deyil. Çünki hər bir komandada “Biz qalib gələ bilərik” fikri var. Oyunumuzun səviyyəsini qorumaq və yaxşılaşdırmaq istəyirəm.

Qalib gəlmək üçün mütləq yaxşı oynamalıyıq.  Ardıcıl 9 oyundur qalib gəldiyimiz üçün  mütləq bu dəfə də qələbə qazanmalıyıq deyə bir şey yoxdur. Unutmayaq ki, “Liverpul” son çempiondur”.

Qeyd edək ki, bu gün keçiriləcək “Liverpul” – “Mançester Siti” matçı Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.





İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"