7 may 2026. Cümə axşamı

Mançester Siti'də penalti vuran dəyişir


Mançester Siti'də penalti vuran dəyişir

"Mançester Siti"də bundan sonra penaltiləri komandanın qapıçısı Ederson yerinə yetirə bilər.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul"u 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib.

Sözügedən görüşün 37-ci dəqiqəsində komandanın futbolçusu İlkay Gündoğan penaltini düzgün yerinə yetirə bilməyib.

Qvardiola son vaxtlar penaltidən yararlana bilməməklərindən şikayətlənib: "Zərbəni kimin vurması önəmli deyil. Bu, bizim üçün problemdir. Vacib məqamlarda penaltini qaçırmamalıyıq. Ederson haqqında düşünəcəyəm. 6 ay öncə bunu deyəndə zarafat etmişdim. İndi isə vəziyyət yarızarafat, yarıciddidir. Növbəti dəfə penaltini o, vura bilər" (qol)







İngiltərə P.L.