8 noyabr 2026. Bazar günü

Klopp karantinə görə anasının dəfninə getmədi


Klopp karantinə görə anasının dəfninə getmədi

 "Liverpul"un baş məşqçisi Yurgen Kloppun anası Elizabet Klopp dünyasını dəyişib.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis bu barədə mətbuat konfransında bildirib.

Almaniyalı mütəxəssis anasının 81 yaşında vəfat etdiyini söyləyib: "O, sözün həqiqi mənasında əsl ana idi. Hazırda daha yaxşı yerdə olduğuna əminəm. Qlobal pandemiya vəziyyətinə görə dəfn mərasimində iştirak edə bilməyəcəyəm. Vəziyyətlər düzələn kimi anım mərasimi keçirəcəyik".

Qeyd edək ki, UEFA "Liverpul"un "Leyptsiq"ə qarşı keçirəcəyi Çempionlar Liqasının 1/8 final matçını Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"ya salıb







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”