22 mart 2026. Bazar günü

Mançester Siti artıq çempiondur - Qvardiola


Mançester Siti artıq çempiondur - Qvardiola
"İki-üç ay əvvəl çempion olmaq, Çempionlar Liqasına düşmək şansımız yox idi, amma indi hazırıq. O qədər hazırıq ki, bəlkə artıq İngiltərə Premyer Liqasında oynamamalıyıq, çünki artıq çempionuq".

Corner.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola deyib. 
 
O, komandasının Premyer Liqada çempionluq şansları barədə istehza ilə danışıb: "Başa düşmürəm, niyə "Tottenhem" və sonra "Everton"la oynamalıyıq? Bunu başa düşmürəm, çünki onsuz da çempionuq.  İnsanlar bu mövzuda niyə belə danışdıqlarını başa düşürəm, amma heç bir şey əbədi və mükəmməl deyil. Keçmişdə qazandığımız gələcəkdə qazanmalı olduğumuz anlamına gəlmir. Diqqəti növbəti matça yönəltməliyik. Bütün komandalarla karyeram boyunca belə düşündüm. İndi də istisna deyil".
 
Qeyd edək ki, "Mançester Siti" 22 görüşdən sonra 50 xal toplayıb və Premyer Liqada turnir cədvəlinin ilk pilləsində yer alıb.






İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"