24 noyabr 2024. Bazar günü

Byelsa sabiq klubunu məhkəməyə verdi


Byelsa sabiq klubunu məhkəməyə verdi

"Lids"in baş məşqçisi Marselo Byelsa keçmiş komandası olan  "Lill"in məhkəməyə verib.

Corner.az GFFN-ə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis 2017-ci ildə qovulduğu Liqa 1 təmsilçisindən 19 milyon avro təzminat istəyir.

Məhkəmə iddianı təmin edərsə, bu PSJ-nin Loran Blanın istefaya göndərilməsinə görə ödədiyi 22 milyon avrodan sonra işdən çıxarılma üçün ikinci ən yüksək təzminat məbləği olacaq.

Problem ondadır ki, argentinalı mütəxəssis "Lill"lə 2 dəfə müqavilə imzalayıb. Birinci sözləşmədə belə bir bənd var idi ki, baş məşqçi qovulacağı halda göstərilən bütün mükafatları alacaq. İkinci müqaviləyə isə bonuslarla bağlı bənd salınmamışdı.

Qeyd edək ki, Marselo Byelsa müxtəlif vaxtlarda Argentina və Çili milli komandalarına, həmçinin İspaniyada "Espanyol", "Atletik", Fransa "Marsel" və İtaliyada "Latsio" klublarına da başçılıq edib.







İngiltərə P.L.

Ange Postekoqloudan qələbə şərhi
  • İngiltərə P.L.
  • 17:20 24.11.2024
Ange Postekoqloudan qələbə şərhi
Arteta Tomiyasunun vəziyyətindən danışıb
  • İngiltərə P.L.
  • 21:33 22.11.2024
Arteta Tomiyasunun vəziyyətindən danışıb