24 oktyabr 2024. Cümə axşamı

Haqqımda yazılanları oxumuram - Tuçel


Haqqımda yazılanları oxumuram - Tuçel

"Çelsi"nin baş məşqçisi Tomas Tuçel sosial şəbəkələrdə özü haqqında yazılan tənqidi fikirlərdən danışıb.

Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis belə şeylərə əhəmiyyət vermədiyini deyib: "Sosial şəbəkələrdə tənqidi yazılara o qədər də fikir vermirəm. Ümumilikdə isə smartfonumda məşğul ola biləcəyim çox iş var. Bu, mənim üçün kifayətdir. Günlərlə telefonsuz yaşaya bilərəm. Yəni, nə isə itirdiyimi hiss etmərəm. Amma ümumilikdə öz üzərimdə çalışaraq, zamanla haqqımda yazılanları oxumamağı öyrəndim. Ona görə də belə şeylərə əhəmiyyət vermirəm. Nə yaxşı, nə də pis, heç nəyi oxumuram".

Qeyd edək ki, Tuçel ötən ay London təmsilçisinə baş məşqçi təyin olunub.







İngiltərə P.L.

Premyer Liqa klubunda yeni müqavilə
  • İngiltərə P.L.
  • 21:29 22.10.2024
Premyer Liqa klubunda yeni müqavilə
 "Brentford"u London nəhənginə dəyişir
  • İngiltərə P.L.
  • 16:10 22.10.2024
 "Brentford"u London nəhənginə dəyişir
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
  • İngiltərə P.L.
  • 14:46 22.10.2024
Uolkott "Çelsi"nin çıxışını tənqid edib