24 oktyabr 2024. Cümə axşamı

Klopp türk müdafiəçidən danışdı


Klopp türk müdafiəçidən danışdı

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın yeni transferi Ozan Kabakın İngiltərə Premyer Liqasının 24-cü turunda "Lester"lə matçdakı (1:3) çıxışını dəyərləndirib.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, türk müdafiəçi və oyunla bağlı bunları deyib:
"Ozan Kabakın çox yaxşı bir oyunçu olduğunu bilirəm. Onun öyrəşmədiyi bir üslubda oynayırıq. 2-ci qolda səhv oldu. Alisson qapısını tərk etməyi sevir. Bu cür səhvlər ümumiyyətlə yoldaşlıq görüşlərində olur. Bağırmalı olduğumuz epizod idi və heç kimin qışqırığını eşitmədim. Buraxdığımız son 2 qolu bəyənmədim. Bunu qəbul edə bilmirəm. Daha fərqli reaksiya göstərməliydik. "Lester" ilk qolu vurdu, qolları hədiyyə etdik. Bu vəziyyət heç xoşuma gəldi. Bu, bizim nə qədər çətin durumda olduğumuzu göstərir".







İngiltərə P.L.

Premyer Liqa klubunda yeni müqavilə
  • İngiltərə P.L.
  • 21:29 22.10.2024
Premyer Liqa klubunda yeni müqavilə
 "Brentford"u London nəhənginə dəyişir
  • İngiltərə P.L.
  • 16:10 22.10.2024
 "Brentford"u London nəhənginə dəyişir
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
  • İngiltərə P.L.
  • 14:46 22.10.2024
Uolkott "Çelsi"nin çıxışını tənqid edib