- İngiltərə P.L.
- 17:20 24.11.2024
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçuları İlkay Gündoğan barədə fikirlərini bölüşüb.
Corner.az-ın xəbərinə görə, matçdan sonra keçirilən mətbuat konfransında Qvardiola İlkayın oyun səviyyəsindən razı olduğu deyib. O, əvvəlcə 69-cu dəqiqədə zədələnərək meydanı tərk edən İlkay haqda bildirib: "Sabah bilinəcək. Mənə yaxşı olduğunu söylədi.
Bu gün penalti qazanmaq və 2 qol vurmaq əla göstəricidir. Performansından çox razıyam. Yanvar ayının ən yaxşı oyunçusu oldu. Uğurlu oyunlarını davam etdirir. Fevralda yenidən bu ada layiq görülə bilər".
Qeyd edək ki, İlkay, hazırkı mövsümdə çempionatda 18 oyuna 11 qol vurmuş olub.