7 may 2026. Cümə axşamı

İlkay bu oyunu buraxacaq


İlkay bu oyunu buraxacaq

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan İngiltərə Premyer Liqasının 16-cı turundan təxirə salınmış "Everton"la oyunu buraxacaq.

Corner.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola matç öncəsi keçirilən mətbuat konfransında bildirib. O deyib ki, türkəsilli alman yarımmüdafiəçi zədələndiyi üçün sözügedən görüşdə meydanda olmayacaq: "İlkay  özünü yaxşı hiss edir, amma sabah oynaya bilməyəcək. Natan Ake xaricində, digər bütün oyunçular yaxşıdır".

Qeyd edək ki, Gündoğan ölkə çempionatının 24-cü turunda "Tottenhem"lə qarşılaşmada zədələnib.







İngiltərə P.L.