7 may 2026. Cümə axşamı

Anri İngiltərəyə qayıdır


Anri İngiltərəyə qayıdır
'Arsenal”ın sabiq futbolçusu Tyerri Anri yenidən İngiltərəyə qayıda bilər.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş fransalı hücumçu “Bornmut” komandasını çalışdıra bilər.
 
Tərəflər arasında razılıq əldə olunub və Çempionşip təmsilçisi yaxın zamanda Anrinin təyinatını rəsmən açıqlayacağı gözlənilir
 
Anri hazırda ABŞ-ın “Monreal İmpakt” klubunda baş məşqçilik edir. 43 yaşlı mütəxəssis daha əvvəl Fransada “Monako”nu çalışdırıb, Belçika yığmasında isə köməkçi məşqçi kimi işləyib.
 
Sabiq hücumçu futbolçu karyerası ərzində 1999-2007-ci illər aralığında İngiltərədə “Arsenal”ın şərəfini qoruyub.
 
Qeyd edək ki, “Bornmut” Çempionşipdə 30 turdan sonra 6-cı sıradadır.






İngiltərə P.L.