22 mart 2026. Bazar günü

Jiru Çelsi'dən ayrılacaq? - Tuçel açıqladı


Jiru Çelsi'dən ayrılacaq? - Tuçel açıqladı

"Çelsi"nin baş məşqçisi Tomas Tuçel futbolçusu Olivier Jirunun komandadakı gələcəyindən danışıb.

Corner.az goal-a xəbər verir ki, 47 yaşlı mütəxəssis 34 yaşlı hücumçunun bu mövsümün sonunda başa çatacaq müqaviləsinin yenilənib-yenilənməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Hələ onun müqaviləsi ilə bağlı bir qərar verməmişik. Çünki hələ tezdir və mən yalnız üç həftədir komanda ilə işləyirəm. İndi deyə bilərəm ki, "Çelsi"də belə bir oyunçu olduğu üçün çox şadam. Olivierin mükəmməl baş zərbələri var. o, ən yaxşı hücumçulardan biridir. Bəlkə də matçların hamısında oynamır, amma davranışı və təcrübəsi hər gün komandaya kömək edir".

Qeyd edək ki, Jiru bu mövsüm 21 görüşdə iştirak edib və 10 qol vurub.







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"