22 mart 2026. Bazar günü

Liverpul yenə uduzdu, Çelsi'dən xal itkisi


Liverpul yenə uduzdu, Çelsi'dən xal itkisi

İngiltərə Premyer Liqasında 25-ci turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, turun açılış matçında “Vulverhempton” öz meydanında “Lids”lə qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəlib.

Tomas Tuxelin rəhbərlik etdiyi “Çelsi” bu turda səfərdə “Sauthempton”un qonağı olub və xal itkisi ilə üzləşib.

Ardıcıl üç matçdır uduzan son çempion “Liverpul”un bu dəfəki rəqibi Mersisaydın digər təmsilçisi “Everton” olub. “Qırmızılar” derbidən də məğlub ayrılıblar.

Lider “Mançester Siti” isə London səfərində “Arsenal”ın qonağı olacaq.

İngiltərə Premyer Liqası, 25-ci tur

19 fevral

Vulverhempton – Lids 1:0
Qol
: Melye, 64-öz qapısına.

20 fevral

Sauthempton – Çelsi 1:1
Qol
: Minamino, 33 – Mount, 54-pen.

Bernli – Vest Bromviç 0:0

Liverpul – Everton 0:2
Qol
: Riçarlison, 3. Siqurdsson, 83-pen.

Fulhem – Şeffild Yunayted 1:0
Qol
: Lukman, 61.







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"