22 mart 2026. Bazar günü

Liverpul antirekordunu yenilədi


Liverpul antirekordunu yenilədi
"Liverpul” İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində “Everton”la qarşılaşıb.
 
Corner.az xəbər verir ki, “qırmızılar” öz meydanında keçirilən Mersisayd derbisində 0:2 hesablı məğlubiyyətlə üzləşib.
 
Bu, Yurgen Kloppun komandasının ardıcıl dördüncü məğlubiyyətidir. Sözügedən kollektiv əvvəlki turlarda səfərdə “Lester Siti”yə (1:3), evdə isə “Mançester Siti” (1:4) və “Brayton”a (0:1) uduzmuşdu.
 
“Liverpul” bu nəticələrdən sonra bəzi uğursuz seriyalara imza atıb. Məsələ burasındadır ki, “qırmızılar” 2002-ci ildən bu yana ilk dəfə Premyer Liqada ardıcıl 4 görüşdə məğlub olub.
 
Liverpullular 1999-cu ildən sonra ilk dəfə öz meydanında “Everton”a məğlub olub.
 
Bundan başqa, sözügedən komanda 1923-cü ildən bu yana ilk dəfə çempionatda ardıcıl 4 ev oyununda məğlub olub. Klub, bu baxımdan əvvəlki antirekordunu təkrarlayıb.
 
“Liverpul” bu mövsüm keçirdiyi 25 oyuna topladığı 40 xalla 6-cı pillədə qərarlaşıb.






İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"