1 fevral 2026. Bazar günü

Mançester Yunayted'in 3 məşqçisi koronavirus'a yoluxdu


Mançester Yunayted'in 3 məşqçisi koronavirus'a yoluxdu
İngiltərənin “Mançester Yunayted” klubunun üç məşqçisində koronavirus aşkarlanıb.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda “qırmızı şeytanlar”ın əsas komandasının baş məşqçisi Ule Qunnar Sulşerin köməkçilərindən üçündən götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı vurğulanıb. Bu səbəbdən də onlar 10 günlük karantinə alınıblar. Həmin məşqçilərin adları isə açıqlanmayıb.
 
Britaniya mətbuatının iddiasına görə, sözügedən məşqçilərin koronavirusa yoluxması hələ ötən həftədən bəlli imiş. Onlar hətta bu səbəbdən Avropa Liqasının 1/16 finalında Real Sosyedad'la matça aparılmayıblar.
 
Qeyd edək ki, “Mançester Yunayted” bu gün Premyer Liqanın 25-ci turu çərçivəsində doğma meydanda “Nyukasl”la qarşılaşacaq.






İngiltərə P.L.

“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə
“Arsenal”dan darmadağın
  • İngiltərə P.L.
  • 23:03 31.01.2026
“Arsenal”dan darmadağın