22 mart 2026. Bazar günü

Mançester Siti səfərdə Arsenal'a qalib gəldi


Mançester Siti səfərdə Arsenal'a qalib gəldi
İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.
 
Son dövrlər uğursuz çıxış edən “Tottenhem” bu dəfə  səfərdə “Vest Hem”in qonağı olub və görüşdən məğlub ayrılıb.
 
Səfərdə “Aston Villa”nın qonağı olan “Lester Siti” isə turu qələbəylə başa vurub. “Mançester Yunayted” də doğma meydanda “Nyukasl” üzərində inamlı qələbə qazanıb.
 
Lider “Mançester Siti” də  səfərdə “Arsenal”ın qonağı olub. “Şəhərlilər” bu görüşdən minimal hesablı qələbə ilə ayrılıb.
 
İngiltərə Premyer Liqası
25-ci tur
19 fevral
 
Vulverhempton – Lids 1:0
Qol: Melye, 64-öz qapısına.
 
20 fevral
 
Sauthempton – Çelsi 1:1
Qol: Minamino, 33 – Mount, 54-pen.
 
Bernli – Vest Bromviç 0:0
 
Liverpul – Everton 0:2
Qol: Riçarlison, 3. Siqurdsson, 83-pen.
 
Fulhem – Şeffild Yunayted 1:0
Qol: Lukman, 61.
 
21 fevral
 
Vest Hem – Tottenhem 2:1
Qol: Antonio, 5. Linqard, 47 – Lukas, 64.
 
Aston Villa – Lester 1:2
Qol: Traore, 48 – Meddison, 19. Barnes, 23.
 
Arsenal – Mançester Siti 0:1
Qol: Sterlinq, 2.
 
Mançester Yunayted – Nyukasl 3:1
Qol: Reşford, 30. Ceyms, 57. B.Fernandes, 75-pen – Maksimin, 36.






İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"