5 may 2026. Çərşənbə axşamı

Mançester Siti'dən çətin qələbə


Mançester Siti'dən çətin qələbə

İngiltərə Premyer Liqasında 26-cı turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Turun açılış matçında lider “Mançester Siti” öz meydanında “Vest Hem”i sınağa çəkib və çətin qələbə qazanıb.

“Vest Bromviç” “Brayton”u doğma meydanda minimal hesabla məğlub edibsə, “Lids” oxşar hesabla “Aston Villa”ya uduzub. “Nyukasl” – “Vulverhempton” görüşündə isə qalib müəyyənləşməyib..

İngiltərə Premyer Liqası, 26-cı tur

27 fevral

Mançester Siti – Vest Hem 2:1
Qol
: Dias, 30. Stounz, 68 – Antonio, 43.

Vest Bromviç – Brayton 1:0
Qol
: Bertli, 11.

Lids – Aston Villa 0:1
Qol
: El-Qazi, 5.

Nyukasl – Vulverhempton 1:1
Qol
: Laskelles, 52 – Neves, 73.







İngiltərə P.L.

“Tottenhem”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:59 03.05.2026
“Tottenhem”dən çətin qələbə