22 mart 2026. Bazar günü

Uqo Lorisdən rekord


Uqo Lorisdən rekord

“Tottenhem”in qapıçısı Uqo Loris klub rekorduna imza atıb.

Corner.az “Opta”ya istinadən xəbər verir ki,  35 yaşlı qolkiper buna ötən gün Premyer Liqanın 26-cı turunda “Bernli” ilə matçda (4:0) qol buraxmamaqla nail olub. Yerli çempionatda 285-ci oyununa çıxan Loris həmin görüşlərdən 100-də qapısını toxunulmaz saxlamağı bacarıb. Bu isə “Tottenhem” tarixi üçün ən yaxşı göstərici sayılır. Beləliklə, fransalı qapıçısı klub rekorduna imza atıb.

Premyer Liqada qapısını ən çox oyunda toxunulmaz saxlayan “Çelsi”nin və “Arsenal”ın sabiq qolkiperi Petr Çexdir. O, 202 matçda qol buramayıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Tottenhem” 39 xalla 8-ci pillədə qərarlaşır.







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"