1 fevral 2026. Bazar günü

Klopp futbolçularını yığmalara buraxmır


Klopp futbolçularını yığmalara buraxmır

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərəyə qayıtdıqdan sonra 10 gün karantinə alınacaqları təqdirdə, bəzi futbolçularını milli komandalara buraxmayacaq.

Corner.az xəbər verir ki, 54 yaşlı mütəxəssis bu barədə yerli mətbuata açıqlamasında bildirib. Klopp Böyük Britaniya hökumətinin Braziliya, Kolumbiya və Portuqaliyadan qayıdanlar üçün 10 günlük məcburi karantin tətbiq etməsi ilə əlaqədar bu qərarı verib.

Bu isə o deməkdir ki, "Liverpul"un braziliyalı oyunçular - Alisson Beker, Roberto Firmino və portuqaliyalı Dieqo Jota dünya çempionatının seçmə qrup oyunları üçün öz ölkələrinə gedə bilməyəcəklər. Artıq Portuqaliya millisi problemdən çıxış yolu kimi Azərbaycanla ev oyununu Turindəki "Yuventus" stadionunda keçirməyi qərara alıb. Bu səbəbdən, Diequ Jotanın yığmanın düşərgəsinə yollanmasında problem olmayacaq. Çünki qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Portuqaliyada "Joze Alvalade" stadionunda təşkil edilməyəcək.

Qeyd edək ki, martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.







İngiltərə P.L.

“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə
“Arsenal”dan darmadağın
  • İngiltərə P.L.
  • 23:03 31.01.2026
“Arsenal”dan darmadağın