1 fevral 2026. Bazar günü

İngiltərədə işləməyi həmişə xəyal etmişəm - Quardiola


İngiltərədə işləməyi həmişə xəyal etmişəm - Quardiola

"Mançester Siti"də keçirdiyim 5 ilə nəzər salanda özümü yaxşı hiss edirəm".

Corner.az "BT Sport"a istinadən xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola deyib. 50 yaşlı mütəxəssis  "Barselona" və "Bavariya"nı çalışdırdığı dövrlərlə hazırkı vaxtı müqayisə edib:"Ötən mövsümü də düşünəndə özümü yaxşı hiss edirəm. Baxmayaraq ki, kuboklar qazanmamışıq. Amma burada yaxşı dostlarım var. Özümü qorunmuş kimi hiss edirəm. Azarkeşlərin sevgisini görürəm. Buradakı oyunçularla da işləməyi sevirəm.

İnanılmaz bir iş şəraitim var. Noyabr, dekabr, yanvar və fevral aylarında İngiltərəyə nifrət edirəm. Çünki daha yaxşı hava görmək istərdim (gülür). Ancaq burada işimi görmək üçün hər şeyim var. Ona görə də "Mançester Siti" ilə müqaviləmi yenilədim. Yeganə səbəb budur.

"Bavariya" və "Barselona"da özümü pis hiss etdiyimi demirəm. Amma o komandaları çalışdırarkən həmişə İngiltərədə işləməyi xəyal etmişəm. İngiltərə təkcə futbol yox, həm də kino və teatrdır. Bura xüsusi bir ölkədir".

Qeyd edək ki, Qvardiola 2007/08-ci illərdə "Barselona"nın əvəzedicilər, 2008-2012-ci illərdə əsas komandasına, 2013-2016-cı illərdə isə "Bavariya"ya baş məşqçilik edib. O, 2016-cı ildən "Mançester Siti"də işləyir.







İngiltərə P.L.

“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə
“Arsenal”dan darmadağın
  • İngiltərə P.L.
  • 23:03 31.01.2026
“Arsenal”dan darmadağın