23 iyun 2026. Çərşənbə axşamı

Çelsi'nin futbolçusu üçün əlamətdar oyun


Çelsi'nin futbolçusu üçün əlamətdar oyun
"Çelsi” İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Liverpul”u 1:0 hesabıyla məğlub edib.
 
Corner.az xəbər verir ki, sözügedən qarşılaşma “zadəganlar”ın futbolçusu Sesar Aspilikueta üçün əlamətdar olub.
 
“Liverpul”la görüş ispaniyalı müdafiəçinin “Çelsi”nin heyətində 411-ci oyunu olub.
 
Aspilikueta London klubunun tarixində ən çox oyun keçirən 10-cu futbolçu olub. “Çelsi”nin bu göstəricidə rekordçusu isə keçmiş futbolçu Ron Herrisdir. Keçmiş müdafiəçi “zadəganlar”la 795 oyuna çıxıb.
 
Qeyd edək ki, 2012-ci ildən “Çelsi”də çıxış edən Aspilikueta bu mövsüm 24 matçda çıxış edib.






İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər