1 fevral 2026. Bazar günü

De Xea derbidə oynamayacaq


De Xea derbidə oynamayacaq

"Mançester Yunayted"in qapıçısı David de Xea İngiltərə Premyer Liqasının 29-cu turunda "Mançester Siti" ilə oyunu buraxacaq.

Corner.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole-Qunnar Sulşer mətbuat konfransına bildirib. Norveçli mütəxəssis, 30 yaşlı qolkiperin bu gün qızının dünyaya gəldiyini və buna görə oyunçunun bir müddət komandadan kənarda qalacağını vurğulayıb:

"David üçün fantastik bir gündür. Ata olmaq, ehtimal ki, hiss edə biləcəyiniz ən yaxşı hissdir. Bu hissi yaşayanlar Davidin indi nələr yaşadığını bilirlər. Ona vaxt verəcəyik".

Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" matçı martın 7-i keçiriləcək.







İngiltərə P.L.

“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə
“Arsenal”dan darmadağın
  • İngiltərə P.L.
  • 23:03 31.01.2026
“Arsenal”dan darmadağın