5 may 2026. Çərşənbə axşamı

Liverpul uduzdu, Mançester Siti də


Liverpul  uduzdu, Mançester Siti də

İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, son turda “Çelsi”yə məğlub olan  “Liverpul”un budəfəki rəqibi “Fulhem” olub. “Qırmızılar” bu oyunda da məğlubiyyətlə üzləşib.

Turun mərkəzi görüşü Mançesterdə baş tutub. Lider “Mançester Siti”  doğma meydanda ən yaxın izləyicisi “Mançester Yunayted”i qəbul edib. Bu görüşdə də qonaqlar inamlı qələbə qazanıb. 

"Tottenhem" isə öz meydanında "Kristal Pelas"la qarşılaşıb və darmadağınla qalib gəlib.

İngiltərə Premyer Liqası, 27-ci tur

6 mart

Bernli – Arsenal 1:1
Qol
: Vud, 39 – Obameyanq, 6.

Şeffild Yunayted – Sauthempton 0:2
Qol
: Uord-Prouz, 32-pen. Adams, 49.

Aston Villa – Vulverhempton 0:0

Brayton – Lester 1:2
Qol
: Lallana, 10 – İheanaço, 62. Amartey, 87.

7 mart

Vest Bromviç – Nyukasl 0:0

Liverpul – Fulhem 0:1
Qol
: Lemina, 45.

Mançester Siti – Mançester Yunayted 0:2
Qol
: B.Fernandes, 2-pen. Şou, 50.

Tottenhem – Kristal Pelas 4:1
Qol
: Beyl, 25; 49. Keyn, 52; 76 – Benteke, 45+1.







İngiltərə P.L.

“Tottenhem”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:59 03.05.2026
“Tottenhem”dən çətin qələbə