"Mançester Yunayted”in hücumçusu Markus Reşford sıradan çıxıb.
Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu Premyer Liqanın 27-ci turunun “Mançester Siti” ilə səfər matçında zədələnib. Reşford bu gün tibbi müayinədən keçəcək və onun nə qədər müddətə yaşıl meydanlardan kənarda qalacağı bəlli olacaq.
Qeyd edək ki, “Mançester Yunayted” səfərdə “Mançester Siti”yə 2:0 hesabıyla qalib gəlib.