- İngiltərə P.L.
- 21:07 24.11.2024
İngiltərə Futbol Assosiasiyasına (FA) 157 illik tarixi ərzində ilk dəfə qadın rəhbərlik edə bilər.
Corner.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. “Royal Automobile Club”un keçmiş icraçı direktoru, 57 yaşlı Debbi Hyuitt federasiyanın rəhbəri olmağa namizədlərin siyahısında liderdir. Onun illik 190 min funt-sterlinq maaş alacağı gözlənilir.
Hyuitt “Liverpul” klubunun azarkeşidir. Onun İngiltərənin İrlandiya ilə birlikdə DÇ-2030-a ev sahibliyi etmək üçün yaradılacaq Təşkilat Komitəsinin rəhbəri olacağı gözlənilir.
FA-nın keçmiş rəhbəri Greq Klark 2020-ci ilin noyabrında irqçi qarşudurmaya görə vəzifəsindən ayrılıb. Hazırda Piter Makkormik FA-da sədr vəzifəsini icra edir.