7 may 2026. Cümə axşamı

İngiltərədə futbolun səviyyəsi çox yüksəkdir - Ozan Kabak


İngiltərədə futbolun səviyyəsi çox yüksəkdir - Ozan Kabak

"Liverpul"un yeni transferi  Ozan Kabak Premyer Liqa futboluna uyğunlaşmaqdan danışıb.

Corner.az goal-a istinadən xəbər verir ki, "Şalke"dən "mersisaydlılar"a keçən 20 yaşlı müdafiəçi deyib:"İngiltərədə futbolun səviyyəsi çox yüksəkdir. Almaniyada da  hər şey pis deyil. Ancaq

Premyer Liqada intensivlik üçün tələblər daha yüksəkdir. Tiaqo, Firmino və Şaqiri İngiltərəyə Almaniyadan gəlib. Onların məsləhətlərini nəzərə alıram və matçlarda, məşqlərdə hər şeyi etməyə çalışıram. Qışda yeni bir komandaya qoşulmaq, yeni tərəfdaşlara, ölkəyə və dilə alışmaq həmişə çətindir. Bu, bir sınaqdır. Amma ən qısa zamanda alışmağa çalışıram".

Qeyd edək ki, Kabak yanvar ayından icarə əsasında "Liverpul"da çıxış edir. O, Mersisayd klubunda 5 matç keçirib.







İngiltərə P.L.