10 avqust 2026. Bazar ertəsi

Joze Mourinyo antirekordunu təkrarladı


Joze Mourinyo antirekordunu təkrarladı
 İngiltərə Premyer Liqasının 28-ci turunun “Arsenal”la səfər oyunu “Tottenhem”in baş məşqçisi Joze Mourinyo üçün antirekordla əlamətdar olub.
 
Corner.az xəbər verir ki, sözügedən oyun “Tottenhem”in 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
 
Beləcə, London təmsilçisi cari mövsümdə 9-cu məğlubiyyətini alıb. Bu, Joze Mourinyo üçün antirekorddur. Portuqaliyalı mütəxəssis sonuncu dəfə “Çelsi”də, 2015/16 mövsümündə 9 məğlubiyyətlə üzləşmişdi.
 
Mövsümün qalan hissəsində “Tottenhem” daha bir məğlubiyyətlə üzləşsə, Mourinyo bir mövsüm ərzindəki məğlubiyyətlərin sayına görə mütləq antirekorda imza atacaq.
 
Qeyd edək ki, “Tottenhem” hazırda 28 oyuna topladığı 45 xalla 7-ci pillədə qərarlaşıb.






İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”
“Borussiya” “Arsenal”ı məğlub etdi
  • İngiltərə P.L.
  • 20:34 09.08.2026
“Borussiya” “Arsenal”ı məğlub etdi
“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"