22 mart 2026. Bazar günü

Mançester Yunayted'in zədəliləri sıraya döndü


Mançester Yunayted'in zədəliləri sıraya döndü
 “Mançester Yunayted” klubunun zədəli futbolçularından üçü sıraya dönüb.
 
Corner.az xəbər verir ki, “qırmızı şeytanlar”ın yarımmüdafiəçiləri Pol Poqba və Donni van de Bek, eləcə də hücumçu Edinson Kavani artıq zədələrini sağaldıb.
 
Onlar Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Milan”la cavab qarşılaşması öncəsi komanda ilə məşq ediblər. Məşqçilər korpusunun vacib görüşdə onların da xidmətindən istifadə etməsi istisna olunmur.
 
Qeyd edək ki, Mançester təmsilçisinin qapıçısı David De Xea da artıq sıraya dönüb. Qızı dünyaya gəldiyi üçün vətəni İspaniyada olan təcrübəli qolkiperin də İtaliya klubu ilə səfər görüşündə iştirak etməsi gözlənilir. 
 






İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"