10 avqust 2026. Bazar ertəsi

Mourinyo Tottenhem'dən qovula bilər


Mourinyo Tottenhem'dən qovula bilər

İngiltərənin “Tottenhem” klubu baş məşqçi Joze Mourinyo ilə yollarını ayıra bilər.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, London klubun rəhbərliyi 58 yaşlı mütəxəssisin işindən narazıdır. “Tottenhem”də artıq Mourinyonun əvəzinə baş məşqçi axtarışları başlayıb.

“Tottenhem” mövsümün sonunda Avropa Liqasına vəsiqə qazana bilməsə, Mourinyo ilə yollar ayrılacaq. London təmsilçisi portuqaliyalı mütəxəssisi vaxtından əvvəl komandadan göndərsə, ona 40 milyon avro təzminat ödəməli olacaq.

Qeyd edək ki, Mourinyonun “Tottenhem”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Londonlular Premyer Liqada 8-ci sıradadır.







İngiltərə P.L.

“Daha soyuqqanlı olmalıyıq”
  • İngiltərə P.L.
  • 22:16 09.08.2026
“Daha soyuqqanlı olmalıyıq”
“Borussiya” “Arsenal”ı məğlub etdi
  • İngiltərə P.L.
  • 20:34 09.08.2026
“Borussiya” “Arsenal”ı məğlub etdi
“Tottenhem” zirvəyə qayıtmalıdır"
  • İngiltərə P.L.
  • 17:20 08.08.2026
“Tottenhem” zirvəyə qayıtmalıdır"