22 mart 2026. Bazar günü

Mançester Siti'dən yeni rekord


Mançester Siti'dən yeni rekord

"Mançester Siti” İngiltərə Federasiya kubokunda “Everton”u məğlub edib – 2:0.

Corner.az xəbər verir ki, “şəhərlilər” bu qələbə ilə yeni rekorda imza atıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Mançester Siti” bütün turnirlər də daxil olmaqla, səfər matçlarında 17 oyundur ki, məğlub olmur. Mançester təmsilçisi bu oyunlarda 15 qələbə, 2 heç-heçə əldə edib. Bu, klub tarixinin rekord göstəricisidir.

Bundan əvvəlki rekord 1999-cu ildə qeydə alınmışdı. “Mançester Siti” 16 səfər matçında məğlub olmamışdı.

Qeyd edək ki, “Mançester Siti” sonuncu dəfə ötən il noyabrın 21-də, Premyer Liqada “Tottenhem”ə səfərdə uduzub (0:2).







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"