8 may 2026. Cümə

Mançester Yunayted baş məşqçisi ilə müqaviləni yeniləyir


Mançester Yunayted baş məşqçisi ilə müqaviləni yeniləyir

"Mançester Yunayted" klubu baş məşqçi Ole-Qunnar Sulşerlə müqavilənin müddətini uzatmaq istəyir.

Corner.az ESPN-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 48 yaşlı mütəxəssisin rəhbərliyi altında komandanın nəticələrindən razıdır.

Rəhbərliyin norveçli baş məşqçinin daha uğurlu nəticələr qazanacağına inandığı vurğulanıb.

Qeyd edək ki, Ole-Qunnar Sulşer 2018-ci ildən "Mançester Yunayted"də işləyir. 







İngiltərə P.L.