- İngiltərə P.L.
- 14:26 14.12.2025
“Bəli, oyundan sonra Sarri əlimi sıxmadı. Amma bunu şişirtmək lazım deyil. Biz dostuq. Aramızda problem yoxdur".
Corner.az xəbər verir ki, bu sözləri Manchester City'nin baş məşqçisi Pep Guardiola deyib.İngiltərə Premyer Liqasının 26-cı turunda Chelsea'yə 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra rəqib komandanın baş məşqçisi Maurizio Sarrinin onun əlini sıxmamasına münasibət bildirən ispaniyalı mütəxəssis həmkarından incimədiyini bildirib. Əksinə, Guardiola Sarriyə dəstək nümayiş etdirib: "Onun nə istədiyini yaxşı bilirəm. Təəssüf ki, insanlar Sarrinin ideyasını başa düşmür. Elə bilirlər ki, hər şeyi çox rahat şəkildə yoluna qoymaq mümkündür. Düşünürlər ki, yeni məşqçi gəldi, bir neçə futbolçu aldı, vəssalam, problemlər çözüldü. Belə deyil. Məşqçiyə inamdan və klubun sahibindən çox şey asılıdır. Klubumuzun prezidenti məni yaxşı başa düşür. İndiyədək “qalib gələndə yaxşısan, uduzanda pis” ifadəsini eşitməmişəm. Çünki mənə inanırlar. Bu cür münasibət Sarriyə göstərilsə, Chelsea'də problem qalmaz”. (qol.az)