8 may 2026. Cümə

Mançester Siti Aquero ilə vidalaşacağını açıqladı


Mançester Siti Aquero ilə vidalaşacağını açıqladı

 "Mançester Siti" klubu cari mövsümün sonunda futbolçusu Serxio Aquero ilə vidalaşacaq.

Corner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki,  32 yaşlı bargentinalı hücumçunun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, 2011-ci ildən Premyer Liqa təmsilçisində çıxış edən Serxio Aquero 384 oyunda vurduğu 257 qolla komandanın ən sərrast futbolçusudur. Aquero "Mançester Siti"nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasını, 5 dəfə Liqa Kubokunu, bir dəfə ölkə kuboku və  3 dəfə İngiltərə Super Kubokunu qazanıb.







İngiltərə P.L.