- İngiltərə P.L.
- 21:07 24.11.2024
“Liverpul”un zədəli futbolçusu Roberto Firmino sağalıb.
Corner.az xəbər verir ki, 29 yaşlı hücumçu artıq komanda ilə məşqlərə qoşulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı futbolçu şans veriləcəyi təqdirdə, Premyer Liqanın 30-cu turunun “Arsenal”la matçında iştirak edə bilər.
Qeyd edək ki, Firmino martın 4-də keçirilən “Liverpul” – “Çelsi” matçında (0:1) zədələnmişdi.
Əlavə edək ki, “Arsenal” – “Liverpul” matçı aprelin 3-də keçiriləcək.