- İngiltərə P.L.
- 21:07 24.11.2024
"Çelsi”nin sabiq baş məşqçisi Frenk Lampardın yeni iş yeri məlum olub.
Corner.az xəbər verir ki, İngiltərənin U-21 yığması 42 yaşlı mütəxəssisə tapşırılacaq. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Məlumatda, yığmanın hazırkı baş məşqçisi Eydi Butroydun istefaya göndəriləcəyi və onun yerinə Lampardın gətiriləcəyi bildirilib.
Qeyd edək ki, Lampard 2019-cu ilin yayından 2021-ci ilin yanvarına qədər “Çelsi”də baş məşqçilik edib.