6 may 2026. Çərşənbə

Arsenal'da ciddi itki


Arsenal'da ciddi itki

İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi David Luis sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Mikel Arteta “Sky Sports”a açıqlamasında bildirib. Arteta, braziliyalı müdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını deyib.

33 yaşlı futbolçunun əməliyyat olunmasına ehtiyac yaransa, müdafiəçi mövsümün qalan hissəsini buraxmalı olacaq.

Qeyd edək ki, “Arsenal” Premyer Liqada 9-cu sıradadır.







İngiltərə P.L.