22 mart 2026. Bazar günü

Klopp Arsenal üzərindəki qələbədən danışdı


Klopp Arsenal üzərindəki qələbədən danışdı

"Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 30-cu turunda “Arsenal”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Corner.az Mersisayd klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, 3:0 hesabıyla bitən qarşılaşmanı belə şərh edib:

“Çox yaxşı oynadıq. Oyundan əvvəl verdiyim bütün tapşırıqları yerinə yetirən futbolçularımdan razıyam. Onlara təşəkkür edirəm. Ümid edirəm ki, növbəti oyunlarda da azı bugünkü kimi çıxış edəcəyik.

Qələbə qazanmağımız vacib idi. Çünki hələ mübarizənin içində olduğumuzu göstərməli idik. Mövsüm bitməyib, qarşıda 8 oyun var. “Everton” və “Vest Hem” bizi keçə bilər. Qələbə qazanıb, rəqiblərimizin xal itirməsini gözləməliyik”.

Qeyd edək ki, “Liverpul” Premyer Liqada 5-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"