22 mart 2026. Bazar günü

Tuçel PSJ-dən ayrılmasından danışdı


Tuçel PSJ-dən ayrılmasından danışdı

"Çelsi”nin baş məşqçisi Tomas Tuçel açıqlama verib.

Corner az xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı almaniyalı mütəxəssis, PSJ-dən ayrılması ilə bağlı danışıb:

“Çox qəribə idi. 22 dekabr idi, nəsə olacağını hiss edirdim. PSJ-nin idman direktoru Leonardo ilə danışdım və növbəti gün “Strasburq”la matçdan əvvəl daha bir xəbər aldım. Məni qovacaqlarını hiss edirdim, lakin inanmadım.

Leonardo ilə söhbətimiz heç iki dəqiqə çəkmədi. Nə onun deyəcək bir şeyi var idi, nə də mənim. Daha sonra əşyalarımı yığdım və yeni ili qeyd etmək üçün Almaniyaya qayıtdım. İşdən ayrıldığım üçün yeni il maraqsız olmuşdu. Mən ən gözəl bayram hədiyyəmi “Çelsi”dən aldım”.

Qeyd edək ki, Tuçel 2018-2020-ci illər aralığında PSJ-ni çalışdırıb. 







İngiltərə P.L.

“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"